Əməkdar incəsənət xadimi Oruc Qurbanovun anım günüdür
sizinxeber.az xəbər saytı

Əməkdar incəsənət xadimi Oruc Qurbanovun anım günüdür


Bu gün Əməkdar incəsənət xadimi Oruc Qurbanovun anım günüdür.

Sizinxəbər.Az xatırladır ki,Oruc Qurbanov 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Atası Qurbanov İzzət Nüsrət oğlu 1954-cü ildə "Paris kommunası" zavodunda iş vaxtı faciəvi surətdə həlak olub. İzzətoğlu orta təhsilini 8 saylı internat məktəbində alıb. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" ixtisası üzrə təhsil alıb, 1979–80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Qırx ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub. Ailəlidir, dörd uşağı var.

 

  

Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərir. On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi "Qızıl Dərviş" mükafatına layiq görülub. 2007-ci ildə Musiqili Komediya Teatrında Ə. Əmirlinin "Yeddi məhbusə anası" tamaşasına quruluş verib. 2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin "Geriyə baxma, qoca" romanı əsasında yazıçı Elçinlə birgə Qarabağ tarixinə həsr edilmiş eyniadlı dram əsərini başa çatdırıb və bu il Akademik Milli Dram Teatrında İzzətoğlunun quruluşunda tamaşaya qoyulması nəzərdə tutulub. Molla Nəsrəddinin 800 illiyi münasibətilə "Molla Nəsrəddinin Teymurləngi ram etməsi" kino-ramanını və teatr üçün eyni adlı xalq məzhəkəsini yazıb.

 

Musiqili Komediya Teatrının dəvəti ilə2007-ci ildə C. Quliyev, Ə. Əmirlinin "Yeddi məhbusə anası", 2009-cu ildə müəllifi olduğu "Diqqət! Şəhərdə manyak var!" liberettosuna quruluş verib. Son ədəbi işi "Ağa Məhəmməd şah Qacar" kinoromanı,Molla Nəsrəddin Tamaşası və Lənkəran Dövlət Dram Teatrında hazırlanmış Prokuror tamaşası olub.

2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 9 may 2012-ci ildən, 7 may 2020-ci il qədər Prezident Mükafatına layiq görülmüşdür.

 

2017-ci ildə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

Teatr yaradıcılığı

M. F. Axundov "Hacı Qara" (rejissor və rəssam) Tədris teatrı 1972
J. B. Molyer "Skapenin kələkləri" (rejissor və rəssam) Tədris teatrı 1972
C. Cabbarlı "Solğun çiçəklər" (rejissor və rəssam) Tədris teatrı 1973
S. M. Qənizadə "Xor-xor" (rejissor) Lənkəran Dram teatrı 1974
A. P. Çexov "Yubiley" (rejissor) Lənkəran Dram teatrı 1974
A. P. Çexov "Elçilk" (rejissor) Lənkəran Dram teatrı 1974
Ə. B. Haqverdiyev "Ailə tərbiyəsi" (rejissor) Lənkəran Dram teatrı 1974
C. Cabbarlı "Oqtay Eloğlu" (rejissor) Lənkəran Dram teatrı 1975
J. Qaşek "Qoçaq əskər Şveyk" (rejissor) Lənkəran Dram teatrı 1976
A. Safronov "Qəribə doktor" (rejissor) Lənkəran Dram teatrı 1976
R. İbrahimbəyov "Yaşıl qapı arxasında qadın" (tərcüməçi və rejissor) LDT 1976
U. Şekspir "Qış nağılı" (rejissor) Lənkəran Dram teatrı 1977
K. Qoldoni "İki ağanın bir nökəri" (rejissor) Lənkəran Dram teatrı 1977
Ə. B. Haqverdiyev "Dağılan tifaq" (rejissor) Lənkəran Dram teatrı 1977
A. Ostrovski "Tufan" (rejissor) Lənkəran Dram teatrı 1977
İ. Əfəndiyev "Məhv olmuş gündəliklər" (rejissor) Lənkəran Dram teatrı 1997
F. Aşurov "Tut ağacı" (rejissor) Lənkəran Dram teatrı 1978
Q. İlkin "Çətin döngələr" (rejissor) Lənkəran Dram teatrı 1978
P. Pançev "Dörd ekiz haqqında nağıl" (rejissor) Lənkəran Dram teatrı 1979
L. Juxovitski "Budapeştli Juja" (rejissor) Lənkəran Dram teatrı 1979
Leninqrad "Lensovet" teatrında rejissor təcrübəsində (rəh. İ. P. Vladimirov) 1980
Moskvada "Malaja Bronnaya" teatrında təcrübədə (rəh. A. V. Efros) 1981
İ. Əfəndiyev "Atayevlər ailəsi" (rejissor) Lənkəran Dram teatrı 1981
L. Frank "Yad adam" (rejissor) Akademik Milli Dram teatrı 1981
C. Cabbarlı "Aydın" (rejissor). Lənkəran Dram teatrı 1982
H. Cavid "Afət" (rejissor) Sumqayıt Dram teatrı 1982
L. Karadjale "İtirilmiş məktub" (rejissor) Sumqayıt dram teatrı 1983
A. Abdulin "13-cü sədr" (rejissor və rəssam) Sumqaqyıt Dram Teatrı 1983
A. Şaiq "Bir saatlıq xəlifə" (rejissor) Sumqayıt Dram teatrı 1984
Ə. Əylisli "Vəzifə" (Bədii rəhbər) SDT 1984
L. Ustinov "Məhəbbətsiz şəhər" (Bədii rəhbər) 1984
S. M. Qənizadə "Sıravi əskər Mamağanlı" (rejissor və rəssam) SDT 1984
C. Yusifzadə "Dağlar arxasız olmaz" (rejissor və rəssam) SDT 1985
C. Cabbarlı "Oqtay Eloğlu" (rejissor) SDT 1985
Füzuli "Saqinamə" (səhnələşdirən, rejissor və rəssam)Ağdam Dram teatr 1985
C. Yusifzadə "Qəbul təxirə salınır" (rejissor) SDT 1986
R. İbrahimbəyov "Park" (tərcüməçi və rejissor) SDT 1986
Anar "Zaur və Təhminə" (rejissor) SDT 1986
İ. Əfəndiyev "Üçatılan" (səhnələşdirən və rejissor) Gəncə Dram teatrı 1987
M. F. Axundov "Təbriz vəkilləri" (rejissor) GDT 1987
Evripid "İfigeniya" (rejissor) AMDT 1987
N. Gəncəvi "Cəngavər qızlar"(rejissor və rəssam) Gəncə "Zərdabi" t-r 1988
Elçin "Mahmud və Məryəm" (səhnələşdirən, rejissor və rəssam) LDDT 1988
Ş. Əliyev "Molla Nəsrəddin və Əzrayıl" (tərcüməşi və rəssam) Lənkəran DT 1988
C. Cabbarlı "Solğun çiçəklər" (rejissor) Gəncə Dövlət Dram teatrı 1989
S. Dərviş "Fosforlu Cevriyyə" (müəllif, rejissor və rəssam) GDT 1989
Ə. İsayev "Boş barılar" (rejissor) GDDT 1989
Ə. Nesin "Öldür məni, əzizim" (rejissor və rəssam) Bakı Özəl teatr 1990
O. İzzətoğlu "Köçündən ayrılan durna" (rejissor və rəssam) Ağdam DDT 1990
S. Səfərov "İntizar" (rejissor) GDDT 1990
Ş. Qurbanov "Sənsiz" (rejissor) AMDT 1990
Ə. Nesin "Al canımı, əzizim" (rejissor və rəssam) Ağdam D D T 1991
N. Məmmədova "Cavad xan" (rejissor) GDDT 1991
B. Vahabzadə "Şəbi-hicran" (rejissor) Universitetin "Tədris" teatrı 1993
İ. Əfəndiyev "Sən həmişə mənimləsən" (rejissor) BMMT "Tələbə" teatrı 1993
S. Dərviş "Fosforli Cevriyyə" (rejissor) BMMT "Tələbə" t-r 1994
V. Şekspir "Şıltaq qızın yumşalması"(rejissor və rəssam) BMMT "Tələbə" 1994
J. B. Molyer "Don Juan" (rejissor və rəssam) BMMT 1994
O. İzzətoğlu "Kiminə hay-hay, kiminə vay-vay, dünya" BMMT 1994
C. Məmmədquluzadə "Ölülər" (rejissor və rəssam) Bakı Bələdiyyə teatrı 2002
N. Hikmət "Damokl qılıncı" (rejissor və rəssam) Bakı Bələdiyyə teatrı 2002
Sofokl "Elektra" (rejissor və rəssam) Bakı Bələdiyyə teatrı 2003
Natiq "Xəyanət" (rejissor və rəssam) "Zaman" dini teatrda 2004
O. İzzətoğlu "Əzabkeş Zeynəb" (müəllif, rejissor və rəssam) Zaman t-r 2005
Mir Cəlal "Dirilən adam" (müəllif və rejissor) Akademik M D T 2006
Ə. Əmirli "Yeddi məhbusə anası" (rejissor) Musiqili komediya teatrı 2007
Teyfik əl Hakimi "Hərraca qoyulmuş sultan" (rejissor və rəssam) İrəvan t-r 2008
O. İzzətoğlu "Şəhərdə manyak var" (liberetto müəllifi və rejissor) MKT 2008
A. Babayev "Xilaskar" (rejissor və rəssam) İrəvan DDT 2009
J. B. Molyer "Məcburən doktor" (rejissor və rəssam) İrəvan teatrı 2011
Y. Şetinkina "Qızıl ahu balası" (rejissor və rəssam) İrəvan teatrı 2011
M. F. Axundov "Mürafiə vəkilləri" (rejissor) 2011

"Molla Nəsrəddinin Teymurləngi ram etməsi". Üç hissəli xalq məzhəkəsi.

Qeyd edək ki, Qurbanov Oruc İzzət oğlu ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Ailəlidir, dörd uşaq atasıdır.

 

O.Qurbanov 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu səhnə əsəri ilin ən uğurlu tamaşası, O.Qurbanov isə ilin ən yaxşı rejissoru nominasiyası üzrə "Qızıl Dərviş" mükafatına layiq görülub. O.Qurbanov dəfələrlə Azərbaycan Prezidentinin mükafatçısı olub.

2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan O.Qurbanov ömrünün son günlərinə kimi bu sənət ocağında quruluşçu rejissor kimi əmək fəaliyyətini davam etdirib.

 

O.Qurbanov teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib. O, on iki cildlik roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir.

Qeyd edək ki, 23 Dekabrda 73 yaşında dünyasını dəyişib.

Görkəmli teatr rejissoru Oruc İzzət oğlu Qurbanovun işıqlı xatirəsi onu sevənlərin yaddaşından heç vaxt silinməyəcək.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlik vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün teatr binası tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzada ölən alim Elçibəyin müşaviri işləyibmiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər