Qəzada ölən alim Elçibəyin müşaviri işləyibmiş
Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş vermiş yol qəzasında Türkiyədən qonaq gəlmiş alim Arif Acaloğlu vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, A.Acaloğlu 1956-cı ildə Borçalının Kəpənəkçi kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.
O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.
Qeyd edək ki, həmin müddətdə Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy olub.
Oxşar xəbərlər
Baş nazirin sabiq müavini vəfat etdi
Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE
Prezidentin rektor təyin etdiyi şəxs kimdir? - Dosye
Nazirlik Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi
Heydər Əliyevin vəfatından 20 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












