Azərbaycan banklarının adından kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan banklarının adından kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib


Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.

Sizinxəbər.Az "Report"a istinadla xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və yaşama hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb.

Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin, bahalı hədiyyələri də qazanc kimi göstərib.

Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər.

Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.

İş üzrə ümumi zərər 78 min manatdır.

Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə "M10" vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.

Ertoğrul Akdemir barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Ertoğrul Akdemir törətdiyi əməlləri etiraf edib. İş üzrə zərərçəkən şəxslər təqsirləndirilən şəxsə qarşı şikayətçi olaraq pullarını tələb ediblər.

İş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Ertoğrul Akdemirin 7 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib:

"Təqsirləndirilən şəxsin ailəsi Vətən müharibəsi dövründə orduya dəstək məqsədilə ciddi işlər görüb. Bu barədə məhkəməyə sənədlər təqdim edəcəyəm".

Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan banklarının adından saxta profillərlə kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib
Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb
Kiberşəbəkə ifşa edilib, 400-ə yaxın vətəndaşa yarım milyon manat ziyan vurulub - VİDEO
DİN: Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edilib
Bir gündə vətəndaşların 39500 manatı bank kartlarından oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər