Muxtar Babayev: COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək
COP29 sədrlik fəaliyyətini il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək.
“Report”un məlumatına görə, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bildirib.
"Biz hamını yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik," - o bildirib.
M.Babayev həmçinin COP29 konfransına qatılan bütün iştirakçılara Azərbaycana iqlim məsələsində göstərilən etimada görə təşəkkürünü bildirib.
"Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək," - o əlavə edib.
Oxşar xəbərlər
Muxtar Babayev: COP29 sədrliyi işini etdirəcək və COP30-a dəstək verəcək
Muxtar Babayev: Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
Muxtar Babayev: COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb
Muxtar Babayev: COP29-da Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb
Muxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş görülməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
