BMT Baş katibi: COP29 razılaşması iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur
COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.
“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.
Bu, tam və vaxtında tamamlanmalıdır.
Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib.
"Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm.
BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still və onun həmkarlarına göstərdikləri əla dəstəyə və əlbəttə Birləşmiş Millətlər Təşkilatının komandasına minnətdaram.
Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm - həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib.
Oxşar xəbərlər
BMT Baş katibi: COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir
Müqəddəs Taxt-Tacın dövlət katibi: COP29 iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin əldə olunmasına gətirib çıxarmalıdır
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













