BMT Baş katibi: COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır
sizinxeber.az xəbər saytı

BMT Baş katibi: COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır


COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır.

“Sizinxeber.az” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.

“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.

Bu, tam və vaxtında tamamlanmalıdır.

Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib.

"Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm.

BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still və onun həmkarlarına göstərdikləri əla dəstəyə və əlbəttə Birləşmiş Millətlər Təşkilatının komandasına minnətdaram.

Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm - həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib.

Oxşar xəbərlər

Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq"
Saymon Stil: Bütün BMT sistemi COP29 üçün Azərbaycana dəstəkdir
Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle