Berbok: İqlim dəyişikliyi problemindən çıxış üçün adaptasiya planlarını təsdiqləməliyik
“Biz hazırda iqlim maliyyəsi üzrə kritik məqama yaxınlaşırıq. Saat əqrəbləri fırlanır, amma zamanımız yoxdur”.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“İçərisində olduğumuz oyunun qaydaları getdikcə daha da sərtləşir. İqlim dəyişikliyi problemindən çıxış yolu tapmaq üçün biz uzun müddət qüvvədə olacaq adaptasiya planlarını təsdiqləməliyik. Hazırda dünyada CO2 zəhərli qazının atmosferə buraxılması ilə bağlı ciddi problemlər var. Bunu İtki və Zərərlərə Cavab Verən Fondun hesabatları da göstərir. Bu qazın miqdarının azaldılmasına nail olmasaq, iqlim dəyişikliyi ilə effektiv mübarizədən danışa bilmərik. Qlobal səviyyədə iqlim böhranının qarşısını almaq üçün 1,5 dərəcəlik hədəfə sürətlə nail olmalıyıq. Hesab edirəm ki, effektiv maliyyələşmə mexanizmi təmin olunmadan bunu etmək mümkünsüzdür”.
Oxşar xəbərlər
Almaniya XİN rəhbəri: İqlim maliyyəsi ilə bağlı Aİ ilə Çin arasında danışıqlar aparılır, razılaşmaya az qalıb
BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək
"Greenpeace South Asia" direktoru: Əsas hədəf iqlim maliyyəsinin təminatına nail olmaqdır
Murat Kurum: COP29-u iqlim maliyyəsi məsələsində bir dönüş nöqtəsi olacağına inanırıq
Muxtar Babayev: COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













