Muxtar Babayev: "Bakı Su Dialoqu" qlobal əməkdaşlıq üçün yeni platformadır"
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: "Bakı Su Dialoqu" qlobal əməkdaşlıq üçün yeni platformadır"


İqlim dəyişikliyi qlobal hidroloji dövranın əsas parametrlərini dəyişərək dünyada su ilə bağlı problemləri daha da kəskinləşdirir.

"Report" xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.

“Su iqlim dəyişikliyinin mərkəzində dayanır və onun təsirləri əsasən su dövranındakı pozulmalar vasitəsilə hiss olunur. Azərbaycanda bu təsirlər Xəzər dənizinin səviyyəsinin azalması və biomüxtəlifliyin tənəzzülü kimi ciddi problemlərlə özünü göstərir. Bu, yalnız ölkəmizdə deyil, bütün dünyada daxili su hövzələrində müşahidə olunan təhlükəli bir tendensiyadır”, - deyə M.Babayev bildirib.

O, əlavə edib ki, su yalnız iqlim dəyişikliyinin qurbanı deyil, eyni zamanda onun həll yolunun ayrılmaz hissəsidir.

“Su, yoxsulluğun azaldılması, qida təhlükəsizliyi, gender bərabərliyi və biomüxtəlifliyin qorunması kimi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynayır. Lakin tarixi olaraq, su qlobal iqlim müzakirələrinin diqqətindən kənarda qalmışdır. COP29 Prezidentliyi bu məsələyə diqqəti artırmaq üçün suyu iqlim fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyən edib”, - deyə o qeyd edib.

M. Babayev çıxışında COP29 çərçivəsində başlanan “Bakı Su Dialoqu” təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

“Bu təşəbbüs su ilə bağlı qlobal əməkdaşlıq üçün yeni bir platformadır. Məqsəd, iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma kimi qlobal problemlərin həlli yollarını bir araya gətirməkdir. "Bakı Su Dialoqu" COP-lar arasında su məsələləri üzrə davamlılığı təmin edəcək və su ilə bağlı fəaliyyətləri beynəlxalq və regional səviyyələrdə genişləndirməyi hədəfləyir”, - deyə nazir bildirib.

O, həmçinin vurğulayıb ki, COP29 Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi elmi əsasları gücləndirəcək, yeni tərəfdaşlıqlar yaradacaq və su ilə bağlı qlobal siyasət tədbirlərinə dəstək verəcək.

COP29 Prezidentliyi bütün tərəfdaşları su bəyannaməsinə qoşulmağa dəvət edib.

“Bakı Su Dialoqu"nun məqsədlərinə nail olmaq üçün birlikdə çalışmalıyıq. Bu təşəbbüs, iqlim dəyişikliyi ilə mübarizədə suyun qlobal siyasətə daha dərin inteqrasiyasını təmin edərək uzunmüddətli dayanıqlı həllər üçün mühüm rol oynayacaq”, - deyə COP29-un prezidenti bildirib.

Oxşar xəbərlər

Muxtar Babayev: İqlim dəyişikliyinin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq
Muxtar Babayev: Dünyada son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb
Muxtar Babayev: COP29-da Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle