Nazir: “Şimali Makedoniya turizmdə iqlim dəyişikliyinə qarşı tədbirləri gücləndirməkdə israrlıdır”
Şimali Makedoniya turizmdə iqlim dəyişikliyinə qarşı tədbirləri gücləndirməkdə israrlıdır.
"Report" xəbər verir ki, bunu Şimali Makedoniyanın mədəniyyət və turizm naziri Zoran Lyutkov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə bildirib.
Onun sözlərinə görə, Şimali Makedoniya yalnız mühüm strateji sənədlərin qəbul edilməsi, əməkdaşlıq və davamlı təcrübələrin həyata keçirilməsi vasitəsilə gələcəyin turizmini yaratmağa sadiqdir: "Şimali Makedoniya zəngin və qədim tarixə malik ölkədir. Lakin ölkəmizin malik olduğu bütün bu dəyərlər turizm fəaliyyəti üçün böyük çağırışlar yaradır və müxtəlif təsirlərə məruz qalır. Buna görə də onların qorunması bizim üçün çox mühümdür”.
Z.Lyutkov vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı tədbirlər qlobal səviyyədə birgə əməkdaşlıq və səyləri tələb edir: “Hökumət, özəl sektor, vətəndaşlar və beynəlxalq təşkilatların fəal iştirakı olmadan bu qlobal problemi həll etmək mümkün deyil. COP29 çərçivəsində nümayiş etdirilən öhdəliklər hərəkətə keçməyin vaxtının gəldiyini göstərir. Biz, yalnız əməkdaşlıq və davamlı təcrübələrlə gələcəyin turizmini yarada bilərik".
Oxşar xəbərlər
Azərbaycan və Şimali Makedoniya prezidentləri bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər
Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb
Şimali Makedoniyanın Prezidenti Azərbaycana səfər edib
Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub
Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Türkiyəli şərhçi Ertem Şener Qurban Qurbanovdan danışdı: "Qarabağ"ın yüksəlişi qətiyyən təsadüf deyil"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib












