IRU-nun baş katibi: İctimai nəqliyyata investisiyalar emissiyaları azalda bilər
"Avtobuslara dəmiryolundan 10 dəfə az sərmayə tələb olunur. Əlbəttə, bizə dəmir yolu da lazımdır, lakin daha çevik həll üçün avtobuslara sərmayə qoymaq lazımdır ki, insanları fərdi nəqliyyatın istifadəsini azalda bilək".
Sizinxeber.az xəbər verir ki, bunu COP29-da Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto De Pretto deyib.
O həmçinin bildirib ki, eko yüklərdən istifadə edərək karbon emissiyalarını 30% azaltmaq mümkündür.
“Daha çətin hissəyə baxsaq, bu enerji məsələsidir. Hidrogenə necə keçəcəyik? Karbon neytral olan digər yanacaqlara necə keçəcəyik? Bu sərmayə tələb edəcək, infrastruktur tələb edəcək, amma bütün bunların məqsədi budur ki, danışmağı dayandıraq və hərəkətə başlayaq”- IRU-nun baş katibi əlavə edib.
Oxşar xəbərlər
Muhammet Kasim: Türkiyə "yaşıl" transformasiyalara 5 mlrd. avro sərmayə qoyacaq
COP29-a qatılan səyyah: Velosiped sürməklə karbon emissiyasını 50 faiz azalda bilərik
Anar Quliyev: "Yaşıl" tikinti üzrə yol xəritəsi hazırlanır
DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq
UNEP: Karbon emissiyaları 2030-cu ilə kimi 41% azaldılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Türkiyəli şərhçi Ertem Şener Qurban Qurbanovdan danışdı: "Qarabağ"ın yüksəlişi qətiyyən təsadüf deyil"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib












