COP29-a qatılan səyyah: Velosiped sürməklə karbon emissiyasını 50 faiz azalda bilərik
sizinxeber.az xəbər saytı

COP29-a qatılan səyyah: Velosiped sürməklə karbon emissiyasını 50 faiz azalda bilərik


Velosipedçilər olaraq, velosiped sürməyin karbon emissiyalarını azaltmaq üçün çox yaxşı bir yol olduğunu xatırladırıq.

Bunu Sizinxeber.az-ya açıqlamsında COP29 çərçivəsində Azərbaycana səyahət edən velosipedçi Guillaume Claude Jean Louis Otrage deyib.

O qeyd edib ki, piyada gəzmək və velosiped sürməklə karbon emissiyasını 50% azalda bilərik: “Bu, çox təsirli bir yoldur. Bir çox şəhərlər var ki, velosiped sürmə nəqliyyatın cəmi 1%-ni təşkil edir, lakin elə şəhərlər də var ki, 12% və ya 20% olur. Əslində şəhərlərdə velosiped sürmə faizi 10%-dən aşağı olmamalıdır”.

Digər iqlim fəalı Əli Abdo Elsayed isə qeyd edib ki, COP29-un təşkili heyrətamizdir: “Azərbaycan çox gözəldir. İnsanlar çox mehribandırlar. Hələ şəhəri gəzməyə vaxtım olmayıb. Gəldiyimdən bəri COP29-da iştirak edirəm, amma inanıram ki, sabah və ya sonra şəhəri gəzmək və burada bəzi gözəl yerləri ziyarət etmək şansım olacaq”.

Oxşar xəbərlər

Yusif Səfərov küçəsində velosiped zolaqları salınıb
Bakıda kirayəyə velosiped götürənlərin gündəlik sayı açıqlanıb
Rəşad Nəbiyev: "Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb"
Azərbaycana velosiped və skuter ehtiyat hissələrinin idxalı 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər