Anar Quliyev: Azərbaycan üçün "yaşıl tikinti" üzrə yol xəritəsi hazırlanır
Azərbaycan üçün "yaşıl tikinti" üzrə yol xəritəsi hazırlanır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində "Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq" mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tikinti sənayesi iqtisadi inkişafın təməl daşıdır:
"Bu sektor qlobal karbon emissiyaları, resursların tükənməsi və ətraf mühitin deqradasiyasına ən böyük töhfə verir. Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da tikinti sənayesi uzun müddət iqtisadi artımın güclü mühərriki olub. Ölkədə yeni iş yerləri yaradılıb, innovasiyalar stimullaşdırılıb və vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verilib. Lakin bu artımla birlikdə binalar və infrastrukturun ətraf mühitə təsirini azaltmaq üçün böyük məsuliyyət də tələb olunur".
Dövlət Komitəsinin sədri bildirib ki, iqlim dəyişikliyinin mənfi təsirləri şəhərlərin tikintisi üçün fundamental dəyişiklik tələb edir:
"Daha yaşıl, dayanıqlı tikinti təcrübələrini qəbul etməli və binalarda enerji səmərəliliyinə üstünlük verməliyik. Bu kontekstdə, Azərbaycan üçün "yaşıl tikinti" üzrə yol xəritəsinin hazırlanması üçün Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edirik. Yeni yol xəritəsi "yaşıl bina" standartlarının, enerji səmərəli tikinti təcrübələrinin və ekoloji məsuliyyətli tikinti materiallarının istifadəsinin qəbulu üçün praktik, icra edilə bilən strategiyalarını müəyyən edəcək".
Oxşar xəbərlər
Anar Quliyev: "İstixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnger Anderson: Binalarda enerji səmərəliliyinə və iqlimədavamlılığa diqqət yetirilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Tikinti sektorunun emissiyalarda payı 21 % təşkil edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı yeni fəaliyyət proqramı hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi geniş fəaliyyət proqramı hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












