COP29-da “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin yüksək səviyyəli dəyirmi masası keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

COP29-da “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin yüksək səviyyəli dəyirmi masası keçirilib - FOTO


COP29 çərçivəsində Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu tədbirin dövrümüzün ən qlobal problemlərindən biri olan şəhər nəqliyyatının dekarbonizasiyası istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildirib. “Məqsədimiz dayanıqlı şəhər mobilliyini yaratmaqdır. Bununla biz həm insanların, həm də planetin ehtiyaclarını qarşılamaq üçün şəhərlərimizi və şəhər mobillik sistemlərimizi dəyişməyi hədəfləyirik”, - deyə nazir qeyd edib.

Azərbaycanda şəhər nəqliyyatının yaşıllaşdırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Bakı şəhərinin ictimai nəqliyyatına elektrik avtobuslarının cəlb edilməsinə başlanıldığı, mikromobillik infrastrukturunun inkişaf etdirildiyi, avtobus zolaqları şəbəkəsinin genişləndirildiyi bildirilib.

Oxşar xəbərlər

COP29-da “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək
Bakıda “Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək
RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb
Sabah “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər