Zambiyalı deputat: Afrikada iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər
Afrikada müstəmləkəçilik edərək yerli xalqların əziyyət çəkməsinə və iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər.
"Report" xəbər verir ki, bunu zambiyalı deputat Kristofer Kalila COP29 çərçivəsində keçirilən "Müstəmləkəsiz və yaşıl gələcək üçün həmrəylik" tədbirində deyib.
O qeyd edib ki, müstəmləkədən əziyyət çəkən xalqlar həmrəy olmalıdırlar:
"Biz demokratiyaya və qanunun aliliyinə inanırıq. Ona görə müstəmləkəsiz dünya üçün çağırış edirik. Bu çağırışlar xüsusən Afrikaya mədənçilik sahəsində sərmayə qoymağa gələn çoxmillətli korporasiyalara yönəlib. Biz onların qanunlara ciddi şəkildə əməl etmələrini, torpağın deqradasiyasına yol vermədən, çirkləndirmədən fəaliyyət göstərmələrini istəyirik. Bu şirkətlər və ölkələr harada ətrafı çirkləndirir, müstəmləkəçilik edirlərsə, həmin ərazilərdəki insanlara kompensasiya ödəməlidirlər".
Oxşar xəbərlər
QHT: Qlobal Şimalın zəngin ölkələri iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər
Kamerunlu ekofəal: İqlim dəyişikliyinin səbəbkarı bunun qurbanı olanlar deyil, qaydaları müəyyən edənlərdir
Epse Ncella: Bakı müstəmləkəçilik probleminin müzakirəsi üçün əla platformadır
COP29: “ActionAid” iştirakçıları iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin ədalətli bölüşdürülməsinə çağırış edib
Tural Gəncəliyev: "Müstəmləkəçiliyə məruz qalmış xalqlarla bizim ortaq tariximiz var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













