Bakıda “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Bu gün Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ), Bakı Təşəbbüs Qrupu (BTQ) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) birgə təşkilatçılığı ilə “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Sizinxeber.az xəbər verir ki, konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilikləri, parlamentarilər, vətəndaş cəmiyyəti mənsubları, gənclər təşkilatları və akademik dairələrdən olan 100-dən çox nümayəndə iştirak edib.
Tədbirin açılış mərasimimdə QHPŞ-nin Azərbaycan sədrliyi adından Milli Məclisinin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, BTQ-nin icraçı direktoru Abbas Abbasov və QHGT-nin Baş Katibi Leyla Həsənova çıxış edib.
Natiqlər dekolonizasiya prosesinin gedişatı, neokolonializm tendensiyalarının vüsət alması və onunla mübarizə, müstəmləkə irsinin aradan qaldırılması, Qoşulmama Hərəkatının bu proseslərdə müsbət rolu və kollektiv səylərin əhəmiyyətinə vurğu edib.
Daha sonra konfrans panel müzakirələri formatında davam edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilmiş “Müstəmləkəçilik mirası və müasir kontekstdə dekolonizasiya siyasəti” adlanan ilk paneldə millət vəkili Tural Gəncəliyev, Meksikanın ölkəmizdəki keçmiş səfiri Xuan Rodriqo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Aleks Loi Ui Toura və Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Bris Noel Epailli panelist qismində çıxış edib.
QHGT-nin heyət üzvü Teresa Ornelasın moderatorluğu ilə keçirilmiş “Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və post-müstəmləkə cəmiyyətlərinin formalaşdırılmasında gənclərin rolu” mövzusundakı ikinci panel müzakirələrdə Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İlaya İsmayıl Ceuedi, Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hantip Uanabe, Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Tadal və Konqo Respublikasınından İqneys Urçil Loko Uako Mouamboua iştirak edib.
İştirakçılar tərəfindən bir sıra xalqların onilliklər boyunca apardığı mübarizəyə baxmayaraq, onlara qarşı hələ də ədalətsizliyin davam etməsi və müstəmləkəçilik irsinin mənfi təsirləri ətrafında müzakirələr aparılıb.
Tədbirdə müstəmləkəçilik tarixinə nəzər salınıb və XXI əsrdə neokolonializm tendensiyalarının baş qaldırması ilə bağlı təəssüf ifadə edilib.
Kolonializm tarixinin ən yadda qalan siması olaraq Fransanın hələ də 13 dənizaşırı ərazidə müstəmləkəçilik siyasətini davam etdirməsi, beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymaması və ikili standartlar nümayiş etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozması pislənilib.
Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində ötən dövr ərzində bu mövzuya xüsusi diqqət ayırmasını təqdir edib.
Tədbirdə, həmçinin müstəmləkəçilik tarixi olmuş, hal-hazırda ondan əziyyət çəkən ölkə və xalqların mübarizəsini və üzləşdiyi çətinlikləri işıqlandıran, habelə bu xüsusda xarici mütəxəssislərin müsahibələrini əks etdirən qısa video çarx nümayiş etdirilib.
Oxşar xəbərlər
Yeni kaledoniyalı assosiasiya sədri: Fransa dominantlığından azad olmaq istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tural Gəncəliyev: Neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan sui-istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Qvineyasından olan QHT üzvü: Dilimiz tədris olunmur, milli məktəbimiz yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












