Nazir: İtaliya iqlim və davamlı inkişafı təhsilə inteqrasiya edən az saylı ölkələrdəndir
İtaliya iqtisadi artım və ətraf mühitin qorunmasını təşviq edir.
Sizinxeber.az xəbər verir ki, bunu İtaliyanın təhsil naziri Giuseppe Valditara COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib. O bildirib ki, İtaliya parlamenti tərəfindən 2019-cu ildə qəbul edilən qanun, vətəndaşlıq, rəqəmsal və iqlim təhsili üzrə milli, Avropa və beynəlxalq sənədlərlə uyğunlaşdırılmış bir yanaşma təqdim edir.
“İtaliya, iqlim təhsilini və davamlı inkişaf üçün təhsili, tədris proqramının bütün səviyyələrində məcburi olaraq inteqrasiya edən az sayda ölkələrdən biridir. Bu, əsas təhsildən orta təhsilə, yetkin təhsilə və erkən təhsilə qədər əhatəli bir vətəndaşlıq təhsili fənnini əhatə edir” - nazir əlavə edib.
Oxşar xəbərlər
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb
Həsən Həsənli "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" tədbirində çıxış edib
İtaliyalı xüsusi elçi: Qadınların sülhün möhkəmləndirilməsində və təbiətin qorunmasında mühüm rolunu dərk edirik
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur
Agentlik: Hazırda bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













