Azərbaycan “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ı müzakirə edib
COP29 çərçivəsində Azərbaycan və Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu – “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.
“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Eqmont Qrup”un icraçı katibi Jerom Byumont arasında keçirilən görüşdə aparılıb.
Müzakirələr zamanı həmçinin fiskal mexanizmlərin dayanıqlı inkişaf üçün faydaları və potensial sahələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Eqmont Qrup”un strateji məqsədləri və maliyyə monitorinqi sistemi və prinsipləri barədə məlumat verib. Ölkəmizdə maliyyə monitorinqinin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb, bu istiqamətdə – “Eqmont Qrupu” ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunulub.
Oxşar xəbərlər
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib
Azərbaycanla Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Moldova ilə "yaşıl enerji"nin ixracını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













