Azərbaycanın xarici işlər naziri və UNOPS icraçı direktoru arasında danışıqlar aparılıb
Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreira da Silva ilə danışıqlar aparıb.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edib.
Söhbət zamanı Azərbaycan-BMT əməkdaşlıq gündəliyi, o cümlədən Azərbaycanın COP29-da sədrliyi ilə bağlı məsələlər müzakirə olunub.
“Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə mübarizə səylərinə diqqət yetiriblər”, - paylaşımda qeyd edilib.
Within the framework of , Minister of Foreign Affairs of the Republic of met with UN Under Secretary General and Jorge Moreira da Silva to discuss issues stemming from -UN cooperation agenda, as well as …
— MFA Azerbaijan (@AzerbaijanMFA)
Oxşar xəbərlər
Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb
XİN-in xüsusi tapşırıqlar üzrə səfiri UNOPS-in icraçı direktoru ilə görüşüb
Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb
Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb
Azərbaycan və Maldiv arasında iki memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













