Mədəniyyət naziri: COP29-da “İqlim dəyişikliyi üçün mədəniyyət” platforması təsis edilib
sizinxeber.az xəbər saytı

Mədəniyyət naziri: COP29-da “İqlim dəyişikliyi üçün mədəniyyət” platforması təsis edilib


COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşünün yekunlarına əsasən, "İqlim dəyişikliyi üçün mədəniyyət" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli görüşün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşünün yekunlarına uyğun olaraq, iki qərar qəbul edilib:

“Bunlardan biri "Dostlar Qrupu" təşəbbüsünə başlanılması, digəri isə “İqlim dəyişikliyi üçün mədəniyyət” platformasının yaradılmasıdır. Bu gün platformanın təqdimatı oldu, sabah isə layihənin daha geniş müzakirəsi keçiriləcək.

Bu platforma ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu sahəyə aid mütəxəssislərin, eləcə də dövlətlərin iştirakı ilə “İqlim dəyişikliyi üçün mədəniyyət” mövzusu ətraflı müzakirə olunacaq”.

Nazir bildirib ki, daimi ofisi Bakıda olacaq layihə çərçivəsində müxtəlif rəsmi sənədlərin imzalanması, həmçinin beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Adil Kərimli: COP29-da "Dostlar Qrupu" təşəbbüsünə başlanılıb
UNESCO: Biz iqlim və mədəniyyət mövzusunda öz töhfəmizi verməyə hazırıq
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
Adil Kərimli: Mədəniyyət iqlim gündəliyinin formalaşmasında mərkəzi rol oynayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər