Adil Kərimli: COP29-da "Dostlar Qrupu" təşəbbüsünə başlanılıb
Bakıda COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşünün yekunlarına əsasən "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib.
“Sizinxeber.az”un məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli görüşün yekunlarını şərh edərkən bildirib.
"Bu gün Bakıda "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması ilə bağlı şərtlər paketi qəbul edilib. Belə bir qrupun formalaşdırılması ideyası ilk dəfə ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən COP28-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 1-ci yüksək səviyyəli görüşü çərçivəsində səsləndirilib", - o bildirib.
A.Kərimli qeyd edib ki, qrupun həmsədrləri Azərbaycan, BƏƏ və Braziliyadır.
Oxşar xəbərlər
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Adil Kərimli: Mədəniyyət iqlim gündəliyinin formalaşmasında mərkəzi rol oynayır
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
Braziliya və BƏƏ mədəniyyət nazirləri Azərbaycanın COP29-a hazırlıqlarını yüksək qiymətləndirib
COP Sədrlikləri Üçlüyünün mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













