Baş direktor: Azərbaycan və İsrail təhlükəsizlik və digər sahələrdə zəngin əməkdaşlıq təcrübəsinə malikdir - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Baş direktor: Azərbaycan və İsrail təhlükəsizlik və digər sahələrdə zəngin əməkdaşlıq təcrübəsinə malikdir - EKSKLÜZİV


Azərbaycan və İsrail müxtəlif sahələrdə, o cümlədən təhsil və təhlükəsizlik sahələrində zəngin əməkdaşlıq təcrübəsinə malikdir.

Bunu İsrailin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Gilad Şadmon “Report”a açıqlamasında deyib.

O, COP29-un bu cür yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

"Ölkələrimiz uzun illərdir təhlükəsizlik, təhsil, maliyyə və bank sahələrində, həmçinin iqlim dəyişikliyi məsələlərində əməkdaşlıq edir. Əminəm ki, bu əməkdaşlıq tezliklə öz bəhrəsini verəcək", - baş direktor qeyd edib.

G.Şadmonun fikrincə, Azərbaycan və İsrail xalqlarının oxşar cəhətlərə malik olması onlar arasında daha səmimi və yaxın münasibətlərin qurulmasına kömək edir.

Baş direktor həmçinin Təhsil sahəsində əməkdaşlıq memorandumuna da toxunub:

"Bu gün biz birlikdə həyata keçirməyi planlaşdırdığımız təhsil proqramı haqqında sənəd imzalayacağıq. Sənəddə iqlim çağırışlarının şagirdlərə çatdırılması yollarını öyrənmək üçün Azərbaycan və İsraildən olan müəllimlər arasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Hər iki ölkənin müəllimləri uşaqların təhsilində eyni metodikadan istifadə edəcəklər. Bu, müxtəlif layihələri birlikdə həyata keçirməyə imkan verəcək".

Oxşar xəbərlər

Asəf Yəzdi: İsrail Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq və birgə layihələri müzakirə edəcək
Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir
Rusiya XİN: ATƏT böhran içindədir
İlham Əliyev: “TDT ölkələri arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlıq artmalıdır”
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər