Asəf Yəzdi: İsrail Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq və birgə layihələri müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Asəf Yəzdi: İsrail Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq və birgə layihələri müzakirə edəcək


İsrail COP29 konfransında milli pavilyon və 20-yə yaxın şirkəti əhatə edən geniş nümayəndə heyəti ilə təmsil olunur.

Bunu “Report”a müsahibəsində İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Baş direktoru Asəf Yəzdi deyib.

O bildirib ki, İsrail COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdardır.

“İsrail iqlim dəyişikliyinin həllinin bir hissəsi ola bilər, həm təsirin azaldılmasına, həm də uyğunlaşmaya töhfə verə bilər”, - Yəzdi söyləyib.

O qeyd edib ki, konfransda İsrailin 20-yə yaxın şirkəti COP29 sərgisində milli pavilyonda öz iqlim layihələrini təqdim edib.

“İsrail iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün öz texnologiyalarını dünyaya təqdim etməyə hazırdır. Biz, həmçinin gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq və birgə layihələri müzakirə etmək niyyətindəyik. Konkret layihələr və konkret əməkdaşlıq daha sonra müvafiq qurumlarla müzakirə olunacaq”, - Yəzdi bildirib.

O, həmçinin vurğulayıb ki, İsrail bir neçə onillik ərzində qalıq yanacaqlardan tamamilə imtina etməyi planlaşdırır. “Biz qalıq yanacaqlardan tamamilə imtina etməyə və bərpa olunan enerji mənbələrinə keçməyə can atırıq. Xüsusən də günəş enerjisinə. Çünki İsraildə bir ildə çoxlu günəşli saat olur”, - baş direktor qeyd edib.

Yəzdinin sözlərinə görə, İsrail iqlimin maliyyələşdirilməsinə xüsusi diqqət yetirir.

“Bu məsələdə əsas olan İtki və Zərər Fondunun işidir. COP29-dakı nümayəndə heyətimiz iqlim maliyyələşdirilməsi müzakirələrində iştirak etmək, bütün tərəfləri dinləmək və öz töhfəsini vermək niyyətindədir”, - deyə o fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

İsrail Prezidenti COP29-da iştirak edəcək
Polşa Prezidenti Azərbaycana səfər edəcək
Pakistanlı parlamentari: İqlim dəyişikliyi bütün dünya üçün böyük xəbərdarlıqdır
BƏƏ nümayəndəsi: COP29-da iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlara keçmək vacibdir
İsrail Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər