"Masdar": "Çərçivələrə, vergilərə, təşviqlərə həmişə həssasıq"
Bərpa olunan enerji investorları çərçivələrə, vergilərə, təşviqlərə həmişə həssasdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndəsi Murad Sadıxov COP29 çərçivəsində təşkil olunmuş "Bərpa Olunan Enerjiyə İnvestisiya: Davamlı Gələcəyə Aparan Yollar" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda hökumət bərpa olunan enerji ilə bağlı avadanlıq və texnoloji təchizatlara görə bütün vergiləri demək olar ki, ləğv edib: "Bu mənada hər kəs materialları bura gətirə bilər. Hazırda yeganə çətinlik, mən deyərdim ki, məhdudiyyətlərdir".
"Masdar" rəsmisi qeyd edib ki, tələbin yaradılmasında hökumət mühüm rol oynayır: "Tələb isə stimullar və fiskal mexanizmlər vasitəsilə yaradıla bilər. Məsələn, enerjinin müəyyən hissəsini istehlak edən kiçik şirkətlərə əgər enerji səmərəliliyi fondu və yaxud hər hansı digər mexanizm vasitəsilə dövlət güzəştlər tətbiq etsəydi, onlar investisiya qoymaqda maraqlı olardılar. Əlbəttə ki, bu, əlverişli maliyyə tənzimləmələri ilə birlikdə gəlməlidir. Belə bir dəyişikliyi yaratmaq üçün hökumətin, maliyyə institutlarının, eləcə də investorların səyləri birləşdirilməlidir".
Oxşar xəbərlər
“Masdar” 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi bazarının liberallaşacağını gözləyir
BOEMDA rəsmisi: "Aİ ölkələri "yaşıl enerji" idxalına daha çox ehtiyac duyacaq"
Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
"Masdar" şirkətinin baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













