Malayziya şirkəti Bakı Limanında günəş qurğusu quraşdıracaq
Sabah "Bakı Limanı" QSC Malayziyanın “Citiqlobal” şirkəti ilə COP29 çərçivəsində Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun yaradılması ilə bağlı müqavilə imzalayacaq.
Sizinxeber.az xəbər verir ki, bunu QSC-nin Baş direktoru Taleh Ziyadov COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.
"Layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək", - deyə T.Ziyadov əlavə edib.
Mirvari Əzizova
Oxşar xəbərlər
Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir
“Acwa Power”: Pensiya fondlarını, sığorta şirkətlərini bizimlə işləməyə inandırmağa çalışırıq
Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında İntermodal Yük Terminalının inşası üçün müəssisə yaradıb
Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













