Muxtar Babayev: Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əsas vəzifə bütün tərəflər üçün lazımi şəraiti yaratmaq eləcə də bu məsələlərdə naviqator rolunu oynamaqdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələ ki konfrans çərçivəsində alınan qərarlarda hansısa rəqəmlər haqqında danışmaq tezdir.
“Proseslər başlayıb, gərgin danışıqlar davam edir. Hələ ki, bütün tərəflər aktiv iştirak edir. Öz mövqelərini bir-birilərinə çatdırmağı bacarırlar. Böyük vəzifələrin icrası böyük əmək tələb edir. Bununla yanaşı təmkinli olmaqda da fayda var. İşlərin uğurla nəticələnməsi üçün əlimizdən gələni edirik” , - M.Babayev vurğulayıb.
Oxşar xəbərlər
Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"
Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür
Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik
Muxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş görülməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













