Yussef Nassef: COP29 iqlim prosesi tarixində qərarların ilk gündə qəbul edildiyi nadir hallardandır
sizinxeber.az xəbər saytı

Yussef Nassef: COP29 iqlim prosesi tarixində qərarların ilk gündə qəbul edildiyi nadir hallardandır


Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə iqlim dəyişikliyi ilə mübarizədə ən çətin məsələlərdən biri olan Paris Sazişinin 6-cı Maddəsi üzrə irəliləyişə nail olunması sevindirici haldır.

Bu barədə “Sizinxeber.az”a müsahibəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) uyğunlaşma şöbəsinin direktoru Yussef Nassef bildirib.

Onun sözlərinə görə, COP29 iqlim prosesi tarixində qərarların ilk gündə qəbul edildiyi ikinci hal olub.

Y.Nassef qeyd edib ki, belə hal yalnız ötən il Dubayda keçirilən COP28 iqlim konfransında baş verib, həmin vaxt ilk gündə İtkilər və Zərərlər Fondunun yaradılması barədə qərar qəbul edilib və ölkələr bu Fonda əhəmiyyətli vəsait ayırmağı öhdələrinə götürüblər.

"Paris Sazişinin 6-cı maddəsi çox mürəkkəb müddəalar toplusudur. O, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini xərclər baxımından daha səmərəli etməyi, resursları ən çox fayda gətirə biləcəyi yerlərə yönəltməyi nəzərdə tutur. Lakin bunun üçün çox vacib qaydalar lazımdır: biz bunu necə nəzərə alırıq, ətraf mühitin bütövlüyü necə təmin edilir, onun işinə necə təminat verilir? Beləliklə, böyük metodoloji iş aparılıb. Paris Sazişi üçün qaydalar toplusu üzərində işləyərkən əksər bəndlər üzrə qərarlar 2019-cu ildə Katovitsedə keçirilən COP sessiyasında qəbul edilib. Lakin 6-cı Maddənin hazırlanması mürəkkəb metodoloji komponentlər səbəbindən daha çox vaxt tələb edib. Onda təkcə siyasi deyil, həm də çoxsaylı texniki aspektlər var və məhz texniki aspektlər vaxt tələb edir. Ona görə də COP sessiyasının ilk günündə belə erkən nəticə əldə etdiyimizə çox şadıq", - o bildirib.

Y.Nassef vurğulayıb ki, əhəmiyyətli irəliləyişə baxmayaraq, bu maddə üzrə həm Bakıdakı COP29-da, həm də Belemdə (Braziliya) baş tutacaq növbəti COP sessiyasında hələ çox iş görülməlidir.

Oxşar xəbərlər

COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
Bu gün Azərbaycanda COP29-a start verilir
“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle