sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib.
“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib.
Gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
Dünya burada iqlim maliyyələşdirilməsi problemi ilə bağlı mühüm qərarların qəbul ediləcəyinə ümid edir.
Oxşar xəbərlər
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
İran Prezidenti Məsud Pezeşkian gələn həftə Azərbaycana səfər edəcək
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













