İndoneziya Prezidentinin xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı danışıqlar uğurla gedir
Azərbaycan və İndoneziya iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə fəal müzakirələr aparır.
Bunu İndoneziya Prezidentinin enerji və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçirilən COP29 konfransı çərçivəsində “Sizinxeber.az”a eksklüziv açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanla, eləcə də müxtəlif ölkələrin bütün maraqlı tərəfləri və çoxtərəfli təşkilatlarla danışıqlar uğurla gedir.
COP29-da İndoneziyanın təşəbbüsündən danışan xüsusi nümayəndə vurğulayıb ki, ölkə meşələrin bərpası proqramı təqdim edəcək.
“Daha əvvəl də qeyd etdiyim proqramlardan biri odur ki, hökumətimiz yaxın illərdə genişmiqyaslı meşələrin bərpası proqramına başlayacaq. Bu, azı 12 milyon hektar ərazi olacaq”, - o söyləyib.
Oxşar xəbərlər
İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq
İndoneziya COP29-da xüsusi nümayəndə ilə təmsil olunacaq
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır
Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













