Adrian Martinez Blanka: Məsuliyyətli qərarlar qəbul etməyin vaxtı çatıb
sizinxeber.az xəbər saytı

Adrian Martinez Blanka: Məsuliyyətli qərarlar qəbul etməyin vaxtı çatıb


Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ədaləti təmin etmək və iqlim dəyişikliyinin qarşısını almaq üçün qlobal iqlim konfranslarında iştirak edirlər.

“Report” xəbər verir ki, bunu “La Ruta del Clima” qeyri-hökumət təşkilatının direktoru Adrian Martinez Blanka bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim problemləri, zərərin ödənilməsi və insan hüquqları mövzusunda keçirilən mətbuat konfransında bildirib.

O, təqsirkarların məsuliyyətə cəlb olunacağına ümidvar olduğunu deyib: "Onlar götürdükləri öhdəliklərə və təxirəsalınmaz tədbirlərin qəbul edilməsinin vacibliyinə baxmayaraq, qalıq yanacaqdan istifadəyə görə mənfəət əldə etmək üçün problemlərin həllini təxirə salmağa çalışırlar. Lakin biz burada insanların maraqlarını və təbiəti qorumaq üçün buradayıq", - deyə o qeyd edib.

Təşkilatın rəhbəri, həmçinin deyib ki, dəyişikliklər və məsuliyyətli qərarlar qəbul etməyin vaxtı gəlib çatıb. "İnsanlara artıq sözlər lazım deyil. Onların hüquqları pozulub, insanlara konkret və vaxtında verilən qərarlar lazımdır. Biz bunu dəyişməliyik. Məsuliyyət, ədalət və iqlim dəyişikliyi ilə mübarizənin vaxtı yetişib", - o əlavə edib.

Oxşar xəbərlər

Dövlətlər iqlim dəyişikliyinin mənfi təsirinin qarşısının alınmasına görə məsuliyyət götürməlidir
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
Kristina Martinez: COP29-un Paris İqlim Sazişinin icra edilməsində mühüm rolu olacaq
Yaponiya İqlim Təşəbbüsü COP29 çərçivəsində dekarbonizasiya problemləri üzrə seminar keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle