COP29-da Çili nümayəndə heyətinin tərkibinə 120-dən çox insan daxil olacaq
sizinxeber.az xəbər saytı

COP29-da Çili nümayəndə heyətinin tərkibinə 120-dən çox insan daxil olacaq


Çili Bakıda keçiriləcək COP29 iqlim konfransında iki nazir daxil olmaqla 121 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.

“Report.az” xəbər verir ki, bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alberti iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə bildirib.

“Bu rəqəm həqiqətən [müsbət] təsir buraxır. Əvvəllər Azərbaycana heç vaxt Çilidən bu qədər böyük nümayəndə heyəti gəlməyib. Mənim ölkəmdən buraya gəlmək üçün üç transfer etməklə uçmaq lazımdır. Lakin düşünürəm ki, bu ilin dekabrından proses bir qədər asanlaşacaq, çünki İstanbuldan Çilinin paytaxtı Santyaqoya birbaşa uçuş açılacaq”, – Alberti qeyd edib.

Diplomat həmçinin bildirib ki, bu ay Çilinin Bakıdakı səfirliyində konsulluq şöbəsi fəaliyyətə başlayacaq.

“Azərbaycan Çilidən uzaq ölkə olmasına baxmayaraq, biz əməkdaşlıq edirik və beynəlxalq təşkilatlar çərçivəsində də öz mövqelərimizi dəstəkləyirik”, – səfir vurğulayıb.

Oxşar xəbərlər

Çilinin ətraf mühit naziri COP29-da nümayəndə heyətinə rəhbərlik edəcək
Polşa Prezidenti Azərbaycana səfər edəcək
Tacikistanın BMT-dəki daimi nümayəndəsi: Azərbaycanın COP29-a uğurlu ev sahibliyi edəcəyinə əminik
Ər-Riyad və Bakı BMT-nin COP29 iqlim konfransı və COP16 səhralaşma konfransı çərçivəsində əməkdaşlıq edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle