ÜMT hesabatı: İstixana qazları 2023-cü ildə yeni maksimuma çatıb
Dünyadakı dağ icmaları qlobal istiləşmə və əsas istixana qazlarının konsentrasiyasının artması ilə əlaqədar buzlaqların əriməsinin potensial fəlakətli nəticələri ilə üzləşirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında bildirilir.
Məlumata görə, istixana qazlarının emissiyası yeni maksimuma qədər kəskin şəkildə artıb. Bu da xüsusilə COP29 ərəfəsində təcili tədbirlərin vacibliyini bir daha vurğulayır.
ÜMT-nin baş katibinin müavini Ko Barrett öz növbəsində bildirib ki, karbon qazı (CO2) - metan və azot oksidi ilə yanaşı, üç əsas istixana qazından biri - indi atmosferdə heç vaxt olmadığı qədər sürətlə toplanır.
ÜMT-nin 2024-cü il üçün istixana qazları üzrə hesabatı CO2 səviyyəsinin artımının yavaşıdılmalı olduğuna dair ciddi elmi xatırlatmadır. 2004-cü ildə atmosferdə karbon qazının konsentrasiyası milyonda 377,1 hissə (ppm) təşkil edib, 2023-cü ildə isə ÜMT-nin Qlobal Atmosfer Monitorinqi Şəbəkəsinin məlumatına görə, 420 ppm-ə çatıb.
"Bu, cəmi 20 il ərzində milyonda 42,9 hissə və ya 11,4 % artım deməkdir", - K.Barrett izah edib.
Onun sözlərinə görə, məlumatlar göstərir ki, təbii iqlim dəyişkənliyi karbon dövranında böyük rol oynayır: "Lakin yaxın gələcəkdə iqlim dəyişikliyi özü ekosistemlərin istixana qazlarının daha böyük mənbəyinə çevrilməsinə səbəb ola bilər".
Qeyd edək ki, istixana qazları üzrə hesabat BMT-nin İqlim Dəyişikliyi Konfransını məlumatlandırmaq üçün nəşr olunan ÜMT-nin aparıcı nəşrlərindən biridir.
Oxşar xəbərlər
Britaniyada qaz istehlakının azalması CO2 emissiyalarına mənfi təsir edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Podesta: COP29-da Azərbaycan və Çinlə metan və qeyri-CO2 qazları üzrə sammit keçirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












