BRICS ölkələri COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inanır
BRICS ölkələri BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inandıqlarını ifadə ediblər.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə BRICS-in Kazanda keçirilən 16-cı sammitinin yekunlarına dair Bəyannamədə bildirilib.
“Biz COP29-un Azərbaycanda uğurla həyata keçirilməsinə sadiq olduğumuzu bildiririk. COP29-dan inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli iqlim maliyyələşməsi sahəsində məzmunlu nəticələr gözləyirik”, deyə bəyannamədə qeyd olunub.
BRICS ölkələri tərəfindən 2025-ci ildə COP30-a ev sahibliyi etməkdə Braziliyanın liderliyinə dəstək ifadə olunub. Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyi alqışlanıb.
Oxşar xəbərlər
BRICS-in Kazan sammitinin yekun bəyannaməsində Ukraynadakı münaqişə ilə bağlı mövqe qeyd olunub
Kazanda BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir
Prezident İlham Əliyev: COP29-un uğurla keçəcəyinə ümidvaram
AK Partiya sözçüsü Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etdiyini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













