Qazaxıstan Prezidentinin müşaviri: Maliyyə ilə bağlı şəffaflıq bütün tərəflər arasında inamı gücləndirməyə kömək edəcək
sizinxeber.az xəbər saytı

Qazaxıstan Prezidentinin müşaviri: Maliyyə ilə bağlı şəffaflıq bütün tərəflər arasında inamı gücləndirməyə kömək edəcək


Biz görürük ki, COP29-a yaxınlaşdıqca, biznes və maliyyə məsələləri diqqət çəkmək istədiyimiz məqamlardır. Mən inanıram ki, biz mütləq bu haqda danışmalıyıq, çünki bu, vacib məsələdir.


Sizinxeber.az xəbər verir ki, bunu Pre-COP29: Ümumdünya İqlim Şəffaflığına Qlobal Dəstəyi gücləndirmək panel müzakirəsində Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova deyib.

O bildirib ki, bu məsələdə şəffaflıq bütün tərəflər arasında inamı gücləndirməyə kömək edəcək:

“Biz həyata keçirilən çox konkret tədbirlər görmək və qlobal səviyyədə müxtəlif böyük platformalarda elan edilənlərə həqiqətən də əməl olunduğuna şahidlik etmək istəyirik”.

Oxşar xəbərlər

Baş danışıqçı COP29-da iştirak edəcək tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb
Nyu-Yorkda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib - FOTO
Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır
Səfir: Qazaxıstan COP29 tədbirində fəal iştirak edəcək
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər