"Arzum" yenidən hakim qarşısına çıxarılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
12:01
0
0
1 939
ff aaaaaaa

"Arzum" yenidən hakim qarşısına çıxarılacaq

06 iy, 2026
12:01
1 939

"Arzum" yenidən hakim qarşısına çıxarılacaq

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Bu barədə Oxu.Az-a təqsirləndirilən tiktokerin vəkili Hikmət Əliyev məlumat verib.

Vəkilin bildirdiyinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul