Maliyyə naziri: “Hesablama Palatasının tövsiyəsi ilə hökumətin yanaşması fərqli ola bilər”
Azərbaycan dövlət büdcəsi vəsaitlərinin xərclərin təsnifatlaşdırılması ilə bağlı Hesablama Palatasının tövsiyəsi ilə hökumətin yanaşması fərqli ola bilər.
“Sizinxeber.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövlət büdcəsi vəsaitlərinin həm inzibati, həm funksional, həm iqtisadi təsnifatını təkmiləşdirmək lazımdır: “Büdcənin proqram təsnifatını dərinləşdirməliyik. Əslində, Maliyyə Nazirliyi büdcənin proqram təsnifatını təmin edə bilər. Amma bunun üçün dövlət qurumlarının hər birinin proqram təsnifatının olması tələb edilir”.
O hesab edir ki, ortamüddətli perspektivdə ortamüddətli proqram təsnifatının təmin edilməsi mümkün olacaq.
Oxşar xəbərlər
Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq
Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy verib
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir
Azərbaycanın 2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb
Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












