Prezidentin nümayəndəsi: "Apreldə 17 dağ çayında sel və daşqın baş verib"
Bu il aprelin 16-da Azərbaycanda paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə 3 aylıq yağıntı norması qədər yağış yağıb, 17 dağ çayında sel və daşqın baş verib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir. Artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildə təxminən 100 fəlakət baş verirdisə, bu gün bu rəqəm 400-ə qədər artıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlığını zəiflədir", - deyə o qeyd edib.
Bundan başqa, M.Babayev deyib ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və yaxud illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5 %-i qədər zərər vurub.
Oxşar xəbərlər
Muxtar Babayev: "Ərzağa artan tələbat su və torpaq resurslarına təzyiqi gücləndirir"
Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
İsmahane Eluafe: "Azərbaycanda gənc innovatorların iqlimlə bağlı həllərini görmək istəyirəm"
Umayra Tağıyeva: Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
