Azərbaycanda dövlət ehtiyatları ilə bağlı qayda təsdiqlənib
Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası”nı təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda “Dövlət ehtiyatları haqqında” qanuna əsasən hazırlanıb. dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir. Qaydaya uyğun dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Qanunun 8-ci maddəsində nəzərdə tutulan maliyyələşmə mənbələri hesabına həyata keçirilir. Qaydaya uyğun dövlət ehtiyatları üçün malların tədarükündə, saxlanılmasında və buraxılmasında texniki normativ hüquqi aktların tələbləri nəzərə alınır. Qaydada istifadə olunan anlayışlar Qanunla və qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Oxşar xəbərlər
Milli Məclis “Dövlət ehtiyatları haqqında” yeni qanunu təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti sosial sığorta haqlarının subsidiyalaşdırılması barədə qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda strateji əhəmiyyətli malların monitorinqi aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyekti icarəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













