Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
APA cədvəli təqdim edir:
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün |
| | Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov | Xaçmaz | Xaçmaz, Şabran | 11 |
| | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | Samux | Samux, Gəncə, Kəlbəcər | 12 |
| | Ədliyyə naziri Fikrət Məmmədov | Ağcabədi | Ağcabədi, Ağdam, Laçın | 12 |
| | Mədəniyyət naziri Adil Kərimli | İsmayıllı | İsmayıllı, Ağsu, Qobustan, Şamaxı | 12 |
| | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Şabran | Şabran, Xaçmaz | 12 |
| | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Lənkəran | Lənkəran, Astara, Lerik | 12 |
| | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Salyan | Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar | 12 |
| | Gənclər və idman naziri Fərid Qayıbov | Siyəzən | Siyəzən, Xızı | 15 |
| | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | Gəncə | Gəncə, Samux, Kəlbəcər | 15 |
| | Baş prokuror Kamran Əliyev | Beyləqan | Beyləqan, Ağcabədi, Füzuli, İmişli, Laçın, Xocavənd | 16 |
| | Daxili işlər naziri Vilayət Eyvazov | Gədəbəy | Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən | 18 |
| | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 18 |
| | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Şəmkir | Şəmkir, Gədəbəy | 18 |
| | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı | Şirvan | Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl | 23 |
| | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | Neftçala | Neftçala, Salyan, Biləsuvar | 25 |
| | Elm və təhsil naziri Emin Əmrullayev | Göyçay | Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab | 26 |
| | Energetika naziri Pərviz Şahbazov | Astara | Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı | 26 |
| | Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | Xaçmaz | Xaçmaz, Quba | 26 |
| | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Hacıqabul | Hacıqabul, Şirvan | 26 |
| | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Neftçala | Neftçala, Salyan | 26 |
| | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Siyəzən | Siyəzən, Xızı | 26 |
| | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Şəmkir | Şəmkir, Gədəbəy | 26 |
| | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Salyan | Salyan, Şirvan, Hacıqabul, Neftçala | 26 |
| | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | İmişli | İmişli, Saatlı, Sabirabad | 26 |
| | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | Goranboy | Goranboy, Naftalan, Xocalı | 26 |
| | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Göyçay | Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Zərdab | 30 |
| | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | Saatlı | Saatlı, Sabirabad | 30 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Oxşar xəbərlər
Nazir və komitə sədrlərinin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Cədvəl açıqlandı
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib
Dövlət başçısı və birinci xanım Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













