KƏŞ ölkələrinin sahibkarları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin iş adamları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuranın Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas bildirib.
O qeyd edib ki, Ələtdə olublar və burada yaradılan imkanları əyani şəkildə görüblər: "Biz KƏŞ ölkələrindəki iş adamlarından müsbət reaksiyalar aldıq və yaxın vaxtlarda investisiya qoyuluşları həyata keçiriləcək. Azərbaycan strateji logistika mərkəzi kimi çox mühüm ölkədir. Onun bir çox beynəlxalq dəhlizlərin kəsişməsində yerləşməsi əməkdaşlığı daha da mühüm edir".
KƏŞ rəsmisi diqqətə çatdırıb ki, son iki ildə Azərbaycanla ticarət 2 dəfədən çox artıb və bu artımın davamlı olması hədəflənir.
Onun sözlərinə görə, KƏŞ ölkələrində qida təhlükəsizliyi, logistika və sənaye sektorlarında fəaliyyət göstərən şirkətlər Azərbaycana sərmayə qoymaqda maraqlıdır.
Oxşar xəbərlər
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Qətər rəsmisi: "KƏŞ ölkələri və Azərbaycan arasında qarşılıqlı investisiya üçün perspektivlər var"
Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Azərbaycan və Krasnoyarsk iqtisadi əməkdaşlığı gücləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













