Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasət nəticəsində ölkəmizi kənd təsərrüfatı sahəsində innovasiyaların, "yaşıl iqtisadiyyat"ın və "ağıllı kənd" konsepsiyalarının tətbiq olunduğu məkana çevirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov rəhbərlik etdiyi qurumda Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunmuş "Əbədiyyətə qovuşan ömrün 103-cü baharı" mövzusunda tədbirdə bildirib.
Tədbir Yeni Azərbaycan Partiyası və nazirliyin birgə təşkilatçılığı ilə baş tutub.
M.Məmmədov Heydər Əliyevin ömrünü Azərbaycanın dövlət müstəqilliyi və yüksəlişi ilə eyniləşən əbədi yol adlandırıb. Nazir qeyd edib ki, onun fəaliyyətinin hər mərhələsi xalqımızın rifahına, ölkəmizin qüdrətlənməsinə xidmət edib: "Bu gün Ulu Öndərin siyasi kursunu Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın işğaldan azad edilmiş, "Yaşıl Enerji Zonası" elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması Ümummili Liderimizin ruhunu şad edən ən böyük tarixi hadisələrdəndir".
Oxşar xəbərlər
DİN-in Polis Akademiyasında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Kiyevdə Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
