Azərbaycanda kənd təsərrüfatı fəaliyyəti üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsi asanlaşıb
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin sahəsi 5 hektardan az olmayan ərazidə inşa edilə bilər.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O qeyd edib ki, bu dəyişikliklər dünən Prezident İlham Əliyevin təsdiq etdiyi Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.
"Qanuna əsasən, bu tikililər həmçinin vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 %-indən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Buna icazə torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur", - F.Tağıyev bildirib.
Oxşar xəbərlər
Azərbaycanda Torpaq Məcəlləsi dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sənədsiz evlərə çıxarış almaq asanlaşdı - Yeni qaydalar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son 2 ildə Şamaxı, Ağsu və Qobustanda torpaq qanunvericiliyinin pozulmasına dair 200-ə yaxın hal aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kənd təsərrüfatıyla əlaqədar tikintilərə icazə üçün rəy alınması zəruri olan qurumların siyahısı hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












