Kənd təsərrüfatıyla əlaqədar tikintilərə icazə üçün rəy alınması zəruri olan qurumların siyahısı hazırlanacaq
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində fəaliyyət sferasına (maraqlarına) toxunulan və rəy alınması zəruri olan qurumların siyahısı hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun tətbiqi barədə” Fərmanda əksini tapıb.
Nazirlər Kabineti üç ay müddətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində fəaliyyət sferasına (maraqlarına) toxunulan və rəy alınması zəruri olan qurumların siyahısı, onlar tərəfindən verilmiş rəylərin əhatə dairəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda Nazirlər Kabineti üç ay müddətində tikinti əmsalına qismən cəlb edilmiş torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçən əsaslı tikili olmayan hissəsində tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Oxşar xəbərlər
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları təkmilləşdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamların siyahısı genişləndirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












