FAO: “Caspian Agro” ərzaq təhlükəsizliyi və kənd təsərrüfatını irəli aparanların bayramıdır
Bugünkü tədbir yalnız Azərbaycanın deyil, həm də regionun və dünyanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatında inkişafı irəli aparan insanlar və tərəfdaşlıqların bayramıdır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimi zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar bildirib.
Onun sözlərinə görə, FAO-nun Azərbaycan hökuməti ilə olan tərəfdaşlığı davamlı olaraq genişlənir. Təşkilat uzun illərdir Azərbaycanda kənd təsərrüfatı sektorunun tərəfdaşıdır.
"Cəmi bir neçə ay əvvəl Bakı COP29-a ev sahibliyi edib. Bu, iqlim dəyişikliyi kimi qlobal çağırışların həlli üçün dünya liderlərinin bir araya gəldiyi mühüm hadisə idi. Bu gün isə həmin tədbirin yaratdığı impulsu gündəlik işlərimizdə- dayanıqlı ərzaq sistemləri, su ehtiyatlarının daha yaxşı idarə olunması və iqlimə uyğun kənd təsərrüfatı vasitəsilə davam etdiririk", - Muhammed Basar qeyd edib
Oxşar xəbərlər
CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır
Mayda “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
“Caspian Agro” və 30-cu Yubiley “InterFood Azerbaijan” sərgiləri keçiriləcək
COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbiri keçirilir
İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı bəyannamə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












