Romen Katambara: Müstəqillik uğrunda mübarizə Reyunyon xalqı üçün ləyaqət məsələsidir
sizinxeber.az xəbər saytı

Romen Katambara: Müstəqillik uğrunda mübarizə Reyunyon xalqı üçün ləyaqət məsələsidir


Reyunyon adasının bu günədək Fransanın müstəmləkə ərazisi olaraq qalması ada xalqı üçün qəbuledilməzdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu panafrikalı siyasətçi, "Ka Ubuntu" hərəkatının sədri Romen Katambara Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forumunda bildirib.

"Mən əslən hələ də Fransanın müstəmləkəsi olan bir yerdənəm. Məhz buna görə gənclərimizin rolu və müstəqillik uğrunda mübarizəmiz böyük əhəmiyyət daşıyır - bu, Reyunyon xalqının ləyaqət məsələsidir. Söhbət taleyi öz əlinə almaq və ölkəmizin iqtisadi, siyasi və təhsil sistemini müstəqil şəkildə müəyyən etmək hüququndan gedir", - o qeyd edib.

Onun sözlərinə görə, Reyunyonun bu günədək Fransanın müstəmləkə ərazisi olaraq qalması faktının özü qəbuledilməzdir: "Məhz buna görə biz xalqımızın onilliklər ərzində ədalətsizliklə üzləşməsinə qarşı etiraz olaraq hərəkat yaratmışıq".

O vurğulayıb ki, Reyunyon xalqı üçün müstəmləkəçilik "cəmiyyəti məhv edən xərçəng xəstəliyidir, bərabərsizliyin yeganə müalicəsi isə müstəqillikdir".

Oxşar xəbərlər

Bakı Təşəbbüs Qrupu və Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb
Bakı Təşəbbüs Qrupu ilə Reyunyon adasının təşkilatı arasında memorandum imzalanıb
Fransanın Reyunyon adasında törətdiyi cinayətləri əks etdirən qısa sənədli film nümayiş olunub
Bakıda Fransa müstəmləkəsi olan Reyunyon adası ilə bağlı beynəlxalq konfrans keçirilir - FOTO
KİV: Reyunyon adası Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər