Ukraynanın beyin mərkəzinin rəhbəri: Okampo keçmiş statusu ilə alver edir
Luis Okampo bundan əvvəl malik olduğu BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin prokuroru statusu ilə açıq şəkildə alver edir.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukraynanın Təhlil və Strategiyalar Mərkəzinin rəhbəri İqor Çalenko deyib.
O qeyd edib ki, Okampo barəsində üzə çıxan videogörüntülərdə olan faktlar klassik formada məhz siyasi korrupsiyanı çox parlaq şəkildə təsvir edir.
"Keçmiş yüksək vəzifəli beynəlxalq məmur Azərbaycanda "insan haqları" mövzusunu ailə biznesinə çevirir. Avropa məhkəmələri vasitəsilə hədələmələr, Avropa Parlamentindəki öz adamları vasitəsilə fon der Layenə təzyiq, ABŞ-də erməni lobbisi ilə koordinasiya və hətta Ermənistanda hakimiyyət dəyişikliyi planları - bütün bunlar "sərfəli qiymət" və nüfuzun qorunması naminədir. Üstəlik, söhbət artıq yalnız Azərbaycana təzyiqdən deyil, "Paşinyanı kənarlaşdırmaq" məqsədilə Ermənistanın daxili siyasətinə birbaşa müdaxilədən gedir", - o deyib.
İ. Çalenko vurğulayıb ki, bu, regionun sabitliyini pozmağa yönəlmiş hibrid oyunlara mükəmməl uyğun gələn unikal bir sxemdir:
"Heç bir müstəqillik, heç bir əxlaq yoxdur – bu, yalnız Cənubi Qafqaz ətrafında gərginliyin qorunması üzərində qurulmuş biznes modelidir".
Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.
Oxşar xəbərlər
Peter Teys: Okampo çoxdan "korrupsiyanın təcəssümü"nə çevrilib
Sahib Məmmədov: Okamponun addımları tamamilə siyasi korrupsiyadır, nüfuz alveridir
Sumqayıtda 5000 abonentə suyun verilişində fasilə yaranacaq
Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxıb
Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi ilə tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
