Azərbaycan və Niderland siyasi məsləhətləşmələrin növbəti raundunun tarixini tezliklə müəyyən edəcək
Bu ilin ikinci yarısında Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçiriləcəyi gözlənilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq brifinqində bildirib.
Diplomat qeyd edib ki, bu dəfə məsləhətləşmələr Niderlandda keçiriləcək, tarix dəqiqləşdirilir.
"Növbəti raundun keçirilmə tarixi tezliklə müəyyən ediləcək. Bu, əvvəlki məsləhətləşmələrin yekunları üzrə əldə olunmuş daha bir müsbət nəticədir. Bu dəfə məsləhətləşmələr Haaqada keçiriləcək. Bizim Xarici İşlər nazirliklərimiz də sıx təmasdadır. Əlbəttə, sizin Haaqadakı səfirinizlə sıx təmasda oluram, bu, həm də nazirlik səviyyəsində baş verir, çünki bizim nazir Ceyhun Bayramovla daim əlaqədədir. Həmçinin birbaşa ikitərəfli təmaslar da olub, xüsusilə heyətimizin Tehrandan təxliyəsi zamanı. Həmin vaxt iki nazir arasında baş tutan səmimi telefon söhbəti zamanı göstərilən köməyə görə Azərbaycana minnətdarlıq ifadə edilib", - səfir vurğulayıb.
Oxşar xəbərlər
Bu il Mərakeş-Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələr keçiriləcək
Yaxın vaxtlarda Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Azərbaycan və Xorvatiya arasında XİN başçılarının müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək
Slovakiya və Azərbaycan payızda siyasi məsləhətləşmələr keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
