Azərbaycan diplomatı BMT iclasında miqrasiya sahəsində əməkdaşlıqdan danışıb
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şahriyar Hacıyev 2026-cı il üçün Azərbaycanın həmsədri olduğu Miqrasiya üzrə Qlobal Paktın (GCM) "Çempion ölkələr" təşəbbüsü adından BMT-də keçirilən Beynəlxalq Miqrasiya İcmalı Forumunun (IMRF) Proqres Bəyannaməsi üzrə qeyri-rəsmi məsləhətləşmələrdə çıxış edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Ş. Hacıyev təşəbbüsün miqrasiyanın bütün mərhələlərində əməkdaşlığı gücləndirməyə xidmət etdiyini vurğulayıb.
Diplomat bildirib ki, "çempion ölkələr" təhlükəsiz, nizama salınmış və müntəzəm miqrasiyanın 23 məqsədinin həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyir. Bəyanatda miqrantların, xüsusən uşaqların hüquqlarının qorunmasına və onların cəmiyyətlər üçün faydalı töhfə verə biləcəyi şəraitin yaradılmasına diqqət yetirilib.
Ş. Hacıyev həmçinin vurğulayıb ki, "çempion ölkələr" bütün nümayəndəliklərlə əməkdaşlıq edərək ikinci IMRF üçün balanslı və fəaliyyət yönümlü Proqres Bəyannaməsinin hazırlanmasını təmin etməyə çalışacaqlar.
Oxşar xəbərlər
Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb
Nizami Səfərov: MDB parlamentləri miqrasiyanın tənzimlənməsində əsas rol oynayır
DMX rəisi BMqT-nin Azərbaycandakı nümayəndəsi ilə Bakıda keçiriləcək Nazirlər Konfransını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
