Türkiyə və Suriya prezidentləri görüşüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2025
20:00

Türkiyə və Suriya prezidentləri görüşüb - YENİLƏNİB

24 may, 2025
20:00
417

Türkiyə və Suriya prezidentləri görüşüb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Əhməd əş-Şaraanın müzakirə etdiyi məsələlər açıqlanıb.

“Sizinxeber.az” “Haber Global”a istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan Suriyanı daha firavan günləri gözlədiyinə inamını ifadə edib. O, bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcək.

Türkiyə lideri, həmçinin Suriyanın və ordusunun vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirib.

O, Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini, rəsmi Ankaranın bu günə qədər olduğu kimi, bundan sonra qonşuluq və qardaşlıq vəzifəsini yerinə yetirəcəyini qeyd edib.

16:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşüb.

Bu barədə “Sizinxeber.az” TRT-yə istinadən xəbər verir.

Suriya nümayəndə heyətində xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat təşkilatının rəhbəri də yer alıb.

Nigar Abbasova 

Bizimlə əlaqə saxlayın