Macarıstan AK-nin 2027-ci ilə qədər Rusiya qazından imtina planına qarşıdır
Macarıstan Avropa Komissiyasının (AK) 2027-ci ilə qədər Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazının tədarükünü tamamilə qadağan etmək planına qarşıdır.
“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto M1 telekanalının yayımladığı videomüraciətində bildirib.
O qeyd edib ki, sözügedən plan Aİ ölkələrinin suverenliyini pozur, çünki bu, onları enerji mənbələri seçimindən məhrum edir.
“Biz bunu etməkdən imtina edirik. Ukraynaya əsassız və ölçüyəgəlməz subsidiyaların bədəlini ödəməkdən imtina edirik. Ukraynanın Aİ-yə çox sürətli şəkildə daxil olmasının bədəlini ödəməyə hazır deyilik”, - Siyarto Brüsselin yeni təşəbbüsünü şərh edərkən deyib.
Oxşar xəbərlər
Siyarto: Macarıstan Avropa Komissiyasının Rusiya qazından imtinasını dəstəkləmir
Macarıstan Aİ-nin Rusiyanın enerji resurslarından imtina etmək planını tənqid edib
Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir
Macarıstan naziri: Zelenski Orbanla atəşkəs barədə danışmaqdan imtina edib
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













