Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib
sizinxeber.az xəbər saytı

Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib


ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb. 

Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. 

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. O, həmçinin həmkarını Türkiyəyə dəvət edib.

Oxşar xəbərlər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Ərdoğan İlham Əliyevlə danışdı
Ərdoğan İtaliya Prezidenti və Baş nazirini Türkiyəyə səfərə dəvət edib
Ərdoğan və Putin arasında telefon danışığı olub
Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle